"Sumqayıt"da ayrılıq yaşandı

Yeni mövsümə hazırlaşan "Sumqayıt"da daha bir ayrılıq yaşanıb.
"Mediasport" xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi Uğur Cahangirovla vidalaşıb.
24 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Qeyd edək ki, Sumqayıt təmsilçisi daha əvvəl Miloş Miloviç, Momo Yansane, Rövlan Muradov, Murad Xaçayev, Elvin Bədəlov, Cəsurbek Cəloliddinov, Bobir Abdixolikov və Silvanus Nimeli ilə yollarını ayırıb.