Adil Şükürov 4 oyunluq cəza aldı, klubunu 3 min manat ziyana saldı
AFFA İntizam Komitəsinin iclası keçirilib.
"Mediasport" xəbər verir ki, toplantıda 1-ci Liqada yarışan "Səbail"in baş məşqçisi Adil Şükürovün cəzası açıqlanıb.
Mütəxəssis dörd oyunluq diskvalifikasiya edilib.
Buna Şükürovun 22-ci turun "Baku Sportinq"lə oyununun 65-ci dəqiqəsində ikinci sarı vərəqəni aldıqdan sonra hakimləri təhqir etməsi səbəb olub.
Bayıl təmsilçisi məşqçisinin hərəkətinə görə 3000 manat cərimə də ödəyəcək.
"Dənizçilər", həmçinin azarkeşlərinin referilərin ünvanına kütləvi şəkildə təhqiramiz ifadələr səsləndirdiyinə görə 1500 manat ziyana düşüb.
İK turun "Şəfa" ilə görüşündən sonra meydana kənar şəxslərin daxil olmasına görə "Mingəçevir"i 1500 manat cərimələyib.
