1-ci Liqada birinci tur yekunlaşır: "Baku Sportinq" "Difai" ilə üz-üzə

Bu gün Azərbaycan 1-ci Liqasında 2025-26 mövsümünün 1-ci turuna yekun vurulacaq.
"Mediasport" xəbər verir ki, sonuncu oyun günündə 1 qarşılaşma keçiriləcək.
"Difai" Buzovnada "Baku Sportinq"lə qarşılaşacaq.
Buna qədər keçirilən matçlarda "Şahdağ Qusar" MOİK-i (2:1), "Zaqatala" "Cəbrayıl"ı (1:0), "Şəfa" "Şimal"ı (2:0), "Səbail" "Mingəçevir"i (2:0) məğlub edib.
Azərbaycan 1-ci Liqası. 1-ci tur
16:30 "Baku Sportinq" - "Difai"
Hakimlər: Rövşən Rəcəbov, Elmin Süleymanov, Sənan Atayev, Ruslan Quliyev
Hakim-inspektor: Asim Xudiyev
AFFA nümayəndəsi: Elçin Mehtiyev
Buzovna qəsəbə stadionu.