1-ci Liqada 26-cı tura start verilir
Bu gün futbol üzrə Azərbaycan 1-ci Liqasında 26-cı tura start veriləcək.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə bir mühüm qarşılaşma baş tutacaq.
Liqada qalmağa çalışan iki kollektiv - "Şimal" və "Difai" Şamaxıda üz-üzə gələcəklər.
Tura sabah keçiriləcək 4 matçla yekun vurulacaq.
Azərbaycan 1-ci Liqası. 26-cı tur
14 may
"Şimal" - "Difai"
Hakimlər: Rauf Cabarov, Rasim Axundov, Zakir Şükürzadə, Ruslan Quliyev
Hakim-inspektor: Rövşən Əhmədov
AFFA nümayəndəsi: Törə Əhmədova
Şamaxı OİK stadionu.
