Azərbaycan çempionundan ayrılan oyunçuların sayı 9-a çatdı
Futbol üzrə Azərbaycan 2-ci Liqasının son qalibi "Xankəndi" daha üç futbolçu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, qarabağlılar Nodar Məmmədov, Şahin Zəkiyev və Əli Mürsəlovla yolları ayırıblar.
Hər üç oyunçu ilə müqavilələrə qarşılıqlı razılıq əsasında xitam verilib.
Xatırladaq ki, buna qədər 6 oyunçu - Pərviz Qaraxanov, Elməddin Hüseynzadə, Elşad Manafov, Rauf Məhərrəmov, Tural Qurbatov və Mirmövsüm Caniyev Qarabağ təmsilçisindən gedib.


