13 milli komandanın DÇ-də pley-off vəsiqəsi aldığı dəqiqləşdi

13 milli komandanın DÇ-də pley-off vəsiqəsi aldığı dəqiqləşdi

Tarixdə ilk dəfə üç ölkənin (ABŞ, Kanada, Meksika) ev sahibliyi ilə keçirilən futbol üzrə Dünya Kubokunda 13 milli komandanın pley-off a vəsiqə qazanması dəqiqləşib.

"Mediasport" xəbər verir ki, təşkilatçı ölkələrin hər üçü mübarizəni 1/16 finalda davam etdirəcək.

Onlarla yanaşı, Almaniya, Fransa, Argentina, Norveç, Kolumbiya, İsveçrə, Braziliya, Mərakeş və CAR yığmaları da qruplarında birinci və ikinci yerləri tutaraq pley-offa yüksəliblər.

Bosniya və Herseqovina millisi isə bu uğura qrupda ən yaxşı üçüncü yerin sahibi kimi nail olub.

Dünya çempionatı iyulun 19-dək davam edəcək.