DÇ-2026: Avropa zonasında daha 8 görüş bu axşam baş tutacaq

DÇ-2026: Avropa zonasında daha 8 görüş bu axşam baş tutacaq

Futbol üzrə DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələ görüşləri davam edir.

"Mediasport" xəbər verir ki, azarkeşlər bu gün daha 8 görüşü izləyə biləcəklər.

Azərbaycan yığmasının Bakıda meydana çıxacağı gündə qrupumuzun digər mundial iddialıları - Ukrayna və İslandiya milliləri Polşada üz-üzə gələcəklər.


DÇ-2026. Avropa zonası. Seçmə qrup mərhələsi

D qrupu

21:00. Azərbaycan - Fransa

21:00. Ukrayna - İslandiya

Xal durumu: Fransa - 13, İslandiya - 7, Ukrayna - 7, Azərbaycan - 1

F qrupu

18:00. Macarıstan - İrlandiya

18:00. Portuqaliya - Ermənistan

Xal durumu: Portuqaliya - 10, Macarıstan - 8, İrlandiya - 7, Ermənistan - 3

I qrupu

23:45. İtaliya - Norveç

23:45. İsrail - Moldova

Xal durumu: Norveç - 21 (7 oyuna), İtaliya - 18 (7 oyuna), İsrail - 9 (7 oyuna), Estoniya - 4 (8 oyuna), Moldova - 1 (7 oyuna).

K qrupu

21:00. Albaniya - İngiltərə

21:00. Serbiya - Latviya

Xal durumu: İngiltərə - 21 xal (7 oyuna), Albaniya - 14 (7 oyuna) Serbiya - 10 (7 oyuna) Latviya - 5 (7 oyuna), Andorra - 1 (8 oyuna)