Messi mundiallardakı 19-cu qolunu cərimə zərbəsindən vurdu - VİDEO
Argentina millisinin hücumçusu Lionel Messi dünya çempionatları tarixində 19-cu qolunu vurub.
"Mediasport" xəbər verir ki, 39 yaşlı superulduz bunu DÇ-2026-nın qrup mərhələsinin 3-cü turunun İordaniya ilə matçında cərimə zərbəsindən vurduğu qolla gerçəkləşdirib.
Xatırladaq ki, o, ABŞ, Kanada və Meksikanın ev sahibliyi etdiyi turnirin bombardirlər siyahısında zirvədə qərarlaşıb (3 oyun, 6 qol).


