4 milyon avro qiyməti olan hücumçu "Neftçi"yə pulsuz gələcək

4 milyon avro qiyməti olan hücumçu "Neftçi"yə pulsuz gələcək

Polşanın "Yagelloniya" klubunun hücumçusu Afimiko Pululu ilə maraqlanan Azərbaycan klubu məlum olub.

"Mediasport" xəbər verir ki, forvardın transferində "Neftçi" maraqlıdır.

Paytaxt təmsilçisinin klubu ilə müqaviləsi yayda başa çatacaq anqolalını mövsümün sonunda heyətə qatacağı bildirilir.

27 yaşlı futbolçunun transfer dəyəri 4 milyon avrodur. "Ağ-qaralar" afrikalını azad agent statusu ilə transfer etmək fikrindədir.

O, 2023-cü ildən "Yagelloniya"da forma geyinir.