"Qarabağ"la matçın adamı unikal göstərici ilə ÇL-də tarixə düşdü
"Liverpul"un futbolçusu Vircil van Dayk UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 8-ci turunun "Qarabağ"la oyununda unikal göstəriciyə imza atıb.
"Mediasport" xəbər verir ki, qarşılaşmanın ən yaxşısı seçilən niderlandlı görüşdə 3 məhsuldar ötürmə ilə yadda qalıb.
İngiltərə nəhənginin kapitanı bir Çempionlar Liqası oyununda 3 assist edən ilk mərkəz müdafiəçisi olub.
Xatırladaq ki, 34 yaşlı futbolçu komandasının 6:0 hesablı qələbəsi ilə bitən matçda Aleksis Makallister, Uqo Ekitike və Federiko Kyezaya məhsuldar ötürmə edib.
