"Traktor" və İran millisinin sabiq üzvü bölgə klubunda oynayacaq

2025-26 mövsümünə hazırlığı davam etdirən "Karvan-Yevlax" daha bir futbolçunun transferini açıqlayıb.
"Mediasport" xəbər verir ki, bölgə təmsilçisi iranlı mərkəz müdafiəçisi Səid İranxah ilə 1 illik müqavilə imzalayıb.
O, son olaraq ölkəsinin "Peykan" klubunda çıxış edib.
Karyerasına Təbrizin "Traktor" klubunda başlamış Səid İranın U-21 və U-23 milli komandalarında forma geyinib.