"Barselona"nın Azərbaycana gələcəyi tarix müəyyənləşdi
Noyabrın 25-də UEFA Çempionlar Liqasının Liqa mərhələsinin 5-ci turu çərçivəsində Bakıda "Sabah"ın qonağı olacaq İspaniya nəhəngi "Barselona"nın Azərbaycana gələcəyi tarix müəyyənləşib.
"Mediasport" xəbər evrir ki, Kataloniya klubu ölkəmizə noyabrın 23-də səfər edəcək.
Birbaşa reysin axşam saatlarında paytaxtımızda olacağı nəzərdə tutulub.
Xatırladaq ki, Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 21:45-də start götürəcək.

