FOTOLAR: De Blekere "CBC Sport" telekanalının şərhçiləri ilə görüşdü

FOTOLAR: De Blekere "CBC Sport" telekanalının şərhçiləri ilə görüşdü

AFFA-nın inzibati binasında Azərbaycan Premyer Liqasının yayım hüququna malik olan "CBC Sport" kanalının şərhçiləri ilə yeni oyun qaydaları ilə bağlı görüş keçirilib.

"Mediasport" xəbər verir ki, görüşdə AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere, AFFA Hakimlər Departamentinin rəhbəri Ömər Paşayev və FİFA dərəcəli hakim Əliyar Ağayev iştirak ediblər.

Onlar qaydalarda və təlimatlarda edilən dəyişikliklər haqqında məlumat veriblər. Daha sonra De Blekere şərhçilərin suallarını cavablandırıb.