Dünya Qadın Seriyası: Azərbaycan milli komandası 1/4 finala yüksəldi

3x3 Dünya Qadın Seriyasının Səbail mərhələsində mübarizəyə start verilib.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası qrupda ikinci olub.
Yığmamız ilk görüşdə Çexiyaya məğlub olub (15:17). Millimiz ikinci matçda Filippini 21:14 hesabı ilə üstələyib.
Nəticədə, Azərbaycan bu nəticələrdən sonra 1/4 finala adını yazdırıb.