Azərbaycan millisi beynəlxalq turnirdə ikinci oldu - FOTOLAR
Azərbaycanın basketbol üzrə yeniyetmə qızlardan və oğlanlardan ibarət komandaları Belarusun paytaxtı Minskdə keçirilən Vladimir Rıjenkov adına XXVIII beynəlxalq turnirdə çıxışlarını başa vurublar.
"Mediasport" xəbər verir ki, qızlardan ibarət yığmamız yarışda ikinci yeri tutub.
U-16 oğlan komandamız isə dördüncü olub.
3 basketbolçumuz - Leyla Allahverdiyeva, Polina Şukina və Faiq Kərimov xüsusi nominasiyalarda mükafatlandırılıblar.






