İntizam Komitəsi bölgə klubunun rəsmisinə 5 oyunluq cəza verdi

İntizam Komitəsi bölgə klubunun rəsmisinə 5 oyunluq cəza verdi

AFFA İntizam Komitəsi 2-ci Liqada yarışan "Araz Saatlı"nın rəsmisi Xəyal Məmmədova 5 oyunluq cəza verib.

"Mediasport" xəbər verir ki, buna aranlıların təhlükəsizlik üzrə menecerinin 22-ci turun "Göygöl" ilə oyununda rəqib oyunçuları və hakimləri təhqir və təhdid etməsi səbəb olub.

Bölgə klubu əməkdaşının hərəkətinə görə 1000 manat da cərimə olunub.

Həmçinin Saatlı təmsilçisinin futbolçusu Samir Məmmədov əvəzləndikdən sonra hakimləri təhqir etdiyi üçün 4 oyunluq kənarlaşdırılıb, komandası əlavə 1000 manat cərimələnib.