Şahverdiyev "Kəpəz"dən getdi
"Kəpəz" daha bir futbolçu ilə vidalaşıb.
"Mediasport" xəbər verir ki, Gəncə təmsilçisi 29 yaşlı yarımmüdafiəçi Ehtiram Şahverdiyevlə yolları ayırıb.
O, 2025/2026 mövsümündə "sarı-göylər"in heyətində ümumilikdə 32 oyuna çıxıb və 1 qol vurub.
Ehtiram karyerası ərzində "Sumqayıt", "Qəbələ" və "Turan Tovuz" klublarında da forma geyinib.


