Əliyar Ağayev Avropa Liqasının “Yanq Boyz” - “Lion” oyununda

Əliyar Ağayev Avropa Liqasının “Yanq Boyz” - “Lion” oyununda

FİFA referisi Əliyar Ağayev növbəti dəfə UEFA-dan yeni təyinat alıb.

"Mediasport"xəbər verir ki, 39 yaşlı hakim bu həftə UEFA Avropa Liqasının əsas mərhələsində iş başında olacaq.

O, yanvarın 22-də İsveçrədə baş tutacaq “Yanq Boyz” - “Lion” (Fransa) matçını idarə edəcək.

Ağayevə yan xətdə Zeynal Zeynalov və Akif Əmirəli kömək göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Tural Qurbanov yerinə yetirəcək.