Ehtiram Quliyevdən tələb və yüksək mükafat: "Zirə"ni keçməlisiniz!"

Ehtiram Quliyevdən tələb və yüksək mükafat: "Zirə"ni keçməlisiniz!"

"Turan Tovuz"un Müşahidə Şurasının sədri Ehtiram Quliyev komandaya yeni mükafat vəd edib.

"Mediasport"a verilən məlumata görə, bölgə klubu Azərbaycan Kubokunda finala vəsiqə qazansa, komanda üzvləri səxavətli sponsordan yüksək "premya" alacaqlar.

Sədrin bunun üçün sadə tələbi olub: "Zirə"ni keçməlisiniz".

Tovuzlular hədəfə çatsalar, 200 min manatlıq mükafat fondunu bölüşdürəcəklər.

Xatırladaq ki, rəqibinə ilk matçda 0:2 hesabı ilə məğlub olan "Turan Tovuz" cavab oyununu bu gün səfərdə keçirəcək.

Matç 19:00-da başlanacaq.