"İmişli"də 2 yeni təyinat oldu

  "İmişli"də 2 yeni təyinat oldu

"İmişli"də yeni təyinatlar baş tutub.

"Mediasport" xəbər verir ki, UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək.

Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib.

O, "Şamaxı" və "Şəfa" klublarında, eləcə də "Zirə" və "Səbail" klublarının akademiyalarında çalışıb.

Bölgə klubu skautinq departamentinin rəhbəri vəzifəsinə futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib. 

O, karyerası ərzində müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.

Bununla yanaşı, əyalət təmsilçisi qapıçı məşqçisi Elşad Tahirovla 1 illik yeni müqavilə imzalayıb.