Azərbaycan millisi Moldova və Yaponiya yığmaları ilə qarşılaşacaq

Azərbaycan millisi Moldova və Yaponiya yığmaları ilə qarşılaşacaq

Qəbələdə təlim-məşq toplanışında olan 20 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi hazırlığın ikinci mərhələsi çərçivəsində iki yoldaşlıq oyunu keçirəcək.

"Mediasport" xəbər verir ki, komandamız oktyabrın 3-də Moldova, oktyabrın 6-da isə Yaponiya yığması ilə qarşılaşacaq.

Hər iki görüş Qəbələ şəhər stadionunda baş tutacaq.

Oyunların başlanma saatı ilə bağlı daha sonra məlumat veriləcək.

Qeyd edək ki, U-20-nin təlim-məşq toplanışının ikinci mərhələsi sentyabrın 24-dən oktyabrın 6-dək davam edəcək.