Oloxan Musayev Tunisdə 2-ci oldu

  Oloxan Musayev Tunisdə 2-ci oldu

Azərbaycan paraatleti Oloxan Musayev Tunis Beynəlxalq Qran-pri turnirində gümüş medal qazanıb.

"Mediasport" xəbər verir ki, nüvə itələmə yarışında F55 kateqoriyasında çıxış edən paralimpiyaçımız 11.64 metr nəticə göstərərək fəxri kürsünün ikinci pilləsinə yüksəlib.

Xatırladaq ki, buna qədər Rüfət Rəfiyev də F36 kateqoriyasında gümüş medala yiyələnib.