"Rusiya atletlərinin bu yarışlara qayıtması rəqabəti daha da artırıb"

"Rusiya atletlərinin bu yarışlara qayıtması rəqabəti daha da artırıb"

İspaniyada keçirilən U-15 və yeniyetmələrin Avropa Birinciliyində iştirak etmiş atletlərimiz Azərbaycana geri dönüb.

"Mediasport" xəbər verir ki, baş məşqçi Maxtı Makkaev yarışla bağlı fikirlərini belə ifadə edib:

"İlk olaraq bizə hərtərəfli dəstəyinə görə federasiya prezidenti Kamran Nəbizadəyə və vitse-prezident Firdovsi Umudova təşəkkürümü bildirirəm. Avropa birinciliyinə hazırlıq üçün rəhbərlik tərəfindən komandaya bütün zərurui şərait yaradılmışdı. Təlim-məşq toplanışımız plan üzrə keçirildi.

Əlbəttə, daha çox çalışmalıyıq. Hər çəki dərəcəsində böyük rəqabət var. Rusiya atletlərinin yarışlara qayıtması bu rəqabət səviyyəsini daha da artırıb. Bu baxımdan komanda hesabında 3-cü yeri tutmağımız uğurlu nəticədir. Bir daha bütün atletlərimizi, məşqçilərimizi və inzibati heyət üzvlərimizi təbrik edirəm".

Makkaevin baş məşqçilik etdiyi milli komanda turnirdə ümumilikdə 7 medal qazanıb.

Nəticədə, Azərbaycan komanda hesabında 3-cü yeri tutub.