Azərbaycan idmançıları Avropa çempionatına yaxşı başladılar

Sloveniyanın Maribor şəhərində atletika üzrə komandalararası Avropa çempionatı start götürüb.
"Mediasport" xəbər verir ki, Azərbaycan millisi qitə birinciliyinə uğurla başlayıb.
3-cü Divizionda yer alan yığmamızın heyətində Əlhəm Nağıyev və Lamiyə Vəliyeva ilk "üçlüy"ə düşüblər.
Ə.Nağıyev 100 metr məsafəyə qaçışda 10.42 saniyə nəticə ilə 14 atletin mübarizə apardığı yarışda 1-ci yeri tutub.
Eyni məsafəyə qaçışda qadınların mübarizəsində L.Vəliyeva 11.62 saniyə göstərici ilə 2-ci olub.
Komandamızın ümumi nəticələrini təqdim edirik:
Əlhəm Nağıyev - 100 m - 1-ci yer - 10.42
Lamiyə Vəliyeva - 100 m - 2-ci yer - 11.62
İlahə Quliyeva - 400 m - 4-cü yer - 55.35 (U20 yeni Azərbaycan rekordu)
Cabir Əliyev - uzunluğa tullanma - 4-cü yer - 7.42
Aleksey Əliəkbərov, Əmrah Nağıyev, Novruz Əsədli, Elcan Cəfərli - 4x100 m estafet qaçışl - 4-cü yer - 41.82
Ləman İsfəndiyarova - 400 m s/q - 6-cı yer-1:13.74
İsmail Əliyev - nüvə itələmə - 6-cı yer - 17.09
Anna Yusupova - 800 m - 6-cı yer - 2:15.33
Bəxtiyar Əsgərli - 1500 m - 7-ci yer - 3:59.68
Yekaterina Sariyeva - uzunluğa tullanma - 7-ci yer - 5.59
İradə Əliyeva - nizə atma - 7-ci yer - 35.32
Zəhra Bayramova - şüvüllə tullanma - 8-ci yer-2.00
Səkinə Hacızadə - lövhə atma - 8-ci yer - 34.20
Cavid Məmmədov - 400 m s/q - 10-cu yer - 56.63
Novruz Əsədli - 400 m - 11-ci yer - 50.42
Tofiq Məmmədov - çəkic atma - 11-ci yer - 24.85
Ləman İsfəndiyarova - 3000 m maneələrlə qaçış - 12-ci yer - 16:03.68
Əmrah Nağıyev - 5000 m - 13-cü yer - 16:48.21