Rüfətdən Tunisdə gümüş medal

 Rüfətdən Tunisdə gümüş medal

Azərbaycan paraatleti Rüfət Rəfiyev Tunisdə keçirilən Qran-pri turnirində uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, təmsilçimiz nüvəitələmə üzrə mübarizədə gümüş medal qazanıb.

O, F36 kateqoriyasında 13,78 metr nəticə göstərib.

İyunun 19-dək davam edəcək Qran-pridə ölkəmiz nüvəitələmə növü üzrə Oloxan Musayev (F55), Elvin Astanov (F53), Samir Nəbiyev (F57), Ömər Bozbaxov (F57) və Rüfət Rəfiyevlə (F36) təmsil olunur.

Samir Nəbiyev və Ömər Bozbaxov diskatma yarışında da mübarizə aparacaq.

Yığmamız səfərə baş məşqçi Oleq Panyutinin rəhbərliyi ilə yollanıb.