Azərbaycan güləşçiləri Bişkekdə yeni formatlı beynəlxalq turnirdə

 Azərbaycan güləşçiləri Bişkekdə yeni formatlı beynəlxalq turnirdə

Fevralın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə idman güləşi üzrə “Super 4 Wrestling” (S4W) beynəlxalq turniri keçiriləcək.

"Mediasport" xəbər verir ki, “Jaştık” idman arenasında baş tutacaq yarış yeni formatla təşkil ediləcək.

Bir çəki dərəcəsində çempionluq kəməri uğrunda dünyasəviyyəli dörd güləşçi mübarizə aparacaq.

Yarışlarda Qırğızıstan, Rusiya, Qazaxıstan, Azərbaycan, Gürcüstan, Monqolustan, Yaponiya, ABŞ və Bolqarıstandan tanınmış güləşçilər iştirak edəcəklər.

Qeyd edilir ki, il ərzində dünyanın müxtəlif paytaxtlarında S4W turnirinin dörd mərhələsinin keçirilməsi planlaşdırılır. Bişkek bu formatda beynəlxalq miqyaslı yarışı qəbul edən ilk şəhərlərdən biridir.