"Hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik"

"Hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik"

“Özbəkistanda 10 günlük təlim-məşq toplanışı keçdik. “Zəfər kuboku” turniri öncəsi bizim üçün önəmli bir hazırlıq idi".

"Mediasport" xəbər verir ki, bu sözləri yunan-Roma güləşi üzrə U-17 milli komandamızın böyük məşqçisi Rafiq Hüseynov deyib.

O, yığmanın hazırlığı haqda fikirlərini bölüşüb:

"Özbəkistan millisi U17 yaş qrupunda dünyada sayılıb-seçilən yığmalardandır. Onların tərkibində dünya və Asiya çempionu olan bir neçə güləşçi var.

Ona görə orada toplanış keçmək bizim üçün vacib idi. Həmin hazırlıq prosesində aşkarladığımız səhvlər üzərində işləyirik. Komanda optimal vəziyyətdədir.

Ümid edirəm ki, bu məşqlərin bəhrəsini Türkiyədəki yarışda görəcəyik”.

Qeyd edək ki, “Zəfər kuboku” 12-14 apreldə Türkiyənin Antalya şəhərində təşkil ediləcək.