İdmançımız dördüncü dəfə dünya çempionu tituluna yiyələndi

Üzgüçülük üzrə 3-qat Paralimpiya çempionumuz Raman Salei Sinqapurda keçirilən dünya çempionatında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, təmsilçimiz S12 kateqoriyasında qızıl medal qazanıb.
O, 100 metr məsafəyə arxası üstə üzmə üsulunda 1:01.58 nəticə ilə 1-ci yeri tutub.
Xatırladaq ki, bu, Saleinin dördüncü dünya çempionluğudur.
İdmançımız hazırkı yarışda 100 metr məsafəyə sərbəst, “butterfly” (kəpənək) və 50 metr məsafəyə sərbəst üzmə üsullarında da mübarizə aparacaq.