Azərbaycanın Paralimpiya çempionundan iki qızıl medal

 Azərbaycanın Paralimpiya çempionundan iki qızıl medal

Azərbaycan paraüzgüçüsü Raman Salei Belarusun Brest şəhərində təşkil olunan Açıq Paraüzgüçülük Kubokunda uğurla çıxış edib.

"Mediasport" xəbər verir ki, milliləşdirilmiş belaruslu yarışda iki qızıl medal qazanıb.

Paralimpiya çempionu S12 kateqoriyasında iki fərqli üsulda fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.

32 yaşlı üzgüçü 100 metr məsafəyə sərbəst üzməkdə 55,29, "butterfly" (kəpənək) üsulu ilə üzmədə isə 59,17 saniyə nəticə göstərib.