Azərbaycan idmançısından Dünya Seriyasında gümüş medal
Azərbaycan idmançısı Əli Vəliyev İspaniyanın Barselona şəhərində keçirilən paraüzgüçülük üzrə Dünya Seriyasında uğurla çıxış edib.
"Mediasport" xəbər verir ki, yeniyetmə paralimpiyaçı S10 kateqoriyasında 100 metr məsafəyə sərbəst üsulla üzmədə gümüş medal qazanıb.
Təmsilçimiz fəxri kürsüyə 1 dəqiqə 0,41 saniyə nəticə ilə yüksəlib.
