Əli Vəliyevdən bürünc medal

Əli Vəliyevdən bürünc medal

Azərbaycanlı paraüzgüçü Əli Vəliyev Almaniyanın paytaxtı Berlində keçirilən Dünya Seriyasında üçüncü olub.

"Mediasport" xəbər verir ki, o, S10 kateqoriyasında 100 metr məsafəyə "butterfly" (kəpənək) üzmə üsulunda bürünc medal qazanıb.

Yeniyetmə paralimpiyaçı bunu 1:03.42 nəticə ilə bacarıb.