Azərbaycan Kubokunda finala doğru: 10 mövsümün rekordu
Azərbaycan Kubokunun 2025/26 mövsümünün baş tutan 38 oyununu 41 min 895 tamaşaçı izləyib.
"Mediasport" xəbər verir ki, bu, son 10 mövsümdə ən yüksək göstəricidir və orta göstərici 1102-yə bərabərdir.
Bu, indiki formatda - bütün klubların qatıldığı, təsnifat mərhələlərinin təşkil olunduğu və 39 matçdan ibarət mövsümlər üçün rekord göstəricidir.
Mövcud formata ardıcıl 3-cü dəfə üstünlük verilir.
Azərbaycan Kuboku 18-ci dəfə PFL-in bayrağı altında təşkil olunub. 2008-ci ildən indiyədək olan dövrdə 465 matç təşkil olunub. Onlardan biri baş tutmayıb, biri yarımçıq dayandırılıb.
Bu qarşılaşmaları 695 min 272 tamaşaçı izləyib. Finaldan sonra bu rəqəm 700 mini keçə bilər.
Tamaşaçısız keçirilən 2020/21 mövsümünün qarşılaşmaları və baş tutmayan matç nəzərə alınmamaqla orta göstərici 1555-ə bərabər olub.
Orta tamaşaçı sayında 2010/11 mövsümü rekordla əlamətdar olub - 3369.
