"Ümid edirəm ki, mərhələni keçən tərəf biz olarıq" - Azər Bağırov
"Kubokun ilk matçı idi, çox maraqlı oyun alındı. Yaxşı mübarizə apardıq. Rəqib qapısına yaxşı zərbələrimiz oldu".
"Mediasport" xəbər verir ki, bunu "Kəpəz"in baş məşqçisi Azər Bağırov deyib.
Mütəxəssis Azərbaycan Kubokunun 1/4 final mərhələsinin "Turan Tovuz"la ilk görüşü haqda danışıb, səfərdə 0:1 hesablı məğlubiyyəti şərh edib:
"Cavab qarşılaşmasında daha fərqli oynamağa çalışacağıq. Uşaqlara təşəkkür edirəm. Birinci hissədə meydanda 9 azərbaycanlı futbolçu var idi. Bunun özü bizim üçün yeni bir çağırış idi.
Ümid edirəm ki, növbəti oyunda daha məsuliyyətli olub mərhələni keçən tərəf biz olarıq. Bu gün dirəkdən qayıdan topumuz var idi. Cavab oyununda fürsətlərdən maksimum istifadə etməyə çalışacağıq".
Xatırladaq ki, komandalar arasında cavba oyunu martın 4-də keçiriləcək.
