"Həm döyüş meydanında, həm də idmanda qələbə qazanan ölkəyik"

"Həm döyüş meydanında, həm də idmanda qələbə qazanan ölkəyik"

"Həm döyüş meydanında, həm siyasi müstəvidə, həm də idman arenalarında biz qələbə qazanan ölkəyik. Siz bu qələbəyə layiqsiniz və bütövlükdə qələbələr Azərbaycana yaraşır".

"Mediasport" xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev deyib.

Dövlət başçısı Bakıda keçirilmiş minifutbol üzrə dünya çempionatının qalibi olan Azərbaycan milli komandasının üzvləri ilə görüşdə futbolçularımızı təbrik edib:

"Bizim istedadlı və peşəkar gənclərimiz bu qələbə sevincini bizə gətirdilər. "Milli komandamızın da bütün üzvləri Azərbaycanda yetişdirilmiş gənclərdir. Bunun da xüsusi önəmi var. Yığma komandamızın müxtəlif inkişaf mərhələləri var idi və bu gün biz qələbə mərhələsində görüşürük.

Bu gün Azərbaycan milli komandası sırf Azərbaycanda doğulmuş, boya-başa çatmış gənclərdən ibarətdir və bu da xüsusi qürur hissi oyadır”.

Qeyd edək ki, Azərbaycan millisi Bakıda 32 ölkənin qatıldığı mundialın finalında Macarıstan yığması üzərində 4:2 hesablı qələbə qazanaraq tarixində ilk dəfə dünya çempionu olub.