Millimizin Avropa çempionatı rəqibləri bu axşam məlum olacaq
Bu gün minifutbol üzrə Azərbaycan millisinin Avropa çempionatının final mərhələsindəki rəqibləri müəyyənləşəcək.
"Mediasport" xəbər verir ki, Slovakiyanın paytaxtı Bratislavada start götürəcək tədbir Bakı vaxtilə saat 20:00-da başlanacaq.
Yığmamız püşk öncəsi 1-ci səbətdə yer alıb.
Qitə birinciliyinin final mərhələsi 27 may - 4 iyun tarixlərində Slovakiyada keçiriləcək.
Avropa çempionatı
1-ci səbət: Slovakiya, Azərbaycan, Rumıniya, Qazaxıstan, Bolqarıstan, Serbiya;
2-ci səbət: Fransa, Monteneqro, Macarıstan, Çexiya, Ukrayna, Gürcüstan;
3-cü səbət: Belçika, İngiltərə, Bosniya və Herseqovina, İtaliya, Polşa, Portuqaliya;
4-cü səbət: İsrail, Sloveniya, İspaniya, Yunanıstan, Türkiyə, Avstriya.
