Azərbaycan milli komandası dünya reytinqində 1-ci pilləyə yüksəldi
Dünya Minifutbol Federasiyası (WMF) milli komandaların yeni reytinq cədvəlini açıqlayıb.
"Mediasport" xəbər verir ki, Azərbaycan milli komandası dünya sıralamasında birinci pilləyə yüksəlib.
Son dünya çempionunun hesabında 4085 xal var. Yığmamızın dünya reytinqində lider olması ilk dəfədir.
İkinci pillədə 3890 xalla son Avropa çempionu Serbiya, üçüncü sırada isə 3385 xalla Rumıniya komandası qərarlaşıb.
