Dünya çempionatı: Azərbaycan millisi Mavritaniya ilə qarşılaşır

Bakıda ilk dəfə keçirilən minifutbol üzrə dünya çempionatı davam edir.
"Mediasport" xəbər verir ki, 5-ci oyun günündə 3-cü tur start götürəcək.
A qrupunda yer alan Azərbaycan millisi qrupda son matçını keçirəcək.
Bəhreynlə heç-heçə edib Sloveniyaya qalib gələn Elşad Quliyevin komandası Mavritaniya futbolçuları ilə qarşılaşacaq.
Dünya çempionatı. Qrup mərhələsi. 3-cü tur
A qrupu
14:00. Bəhreyn - Sloveniya
19:30. Azərbaycan - Mavritaniya
B qrupu
12:45. Özbəkistan - Çad
22:00. Rumıniya - Fransa
C qrupu
16:30. Macarıstan - Ukrayna
18:15. Türkiyə - İngiltərə
D qrupu
15:15. Hindistan - Portuqaliya
20:45. Slovakiya - Bolqarıstan