Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu qeydə alındı

 Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu qeydə alındı

Azərbaycan Premyer Liqasında tamaşaçı rekordu qeydə alınıb.

"Mediasport" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, VIII turun görüşlərini ümumilikdə 30800 izləyici seyr edib.

“Kəpəz” – “Zirə” görüşünü (1:1) 13800, “Qarabağ” – “Neftçi” qarşılaşmasını (3:3) 13500 seyrçi izləyib.

Digər oyunlarda tamaşaçı nisbətən az olub: “Şamaxı” – “Şəfa” (3:2) 1200, “Sumqayıt” – “Araz-Naxçıvan” (2:1) 1200, “Qəbələ” – “Sabah” (0:4) 750, “İmişli” – “Turan Tovuz” (1:0) 350. Orta göstərici 5133-ə bərabər olub.

Bunadək rekord 24 min 512-yə bərabər idi. Bu göstərici IV turda qeydə alınmışdı.