Azərbaycan yığması Avropa çempionatını 6 medalla başa vurdu
Azərbaycan karateçiləri Almaniyanın Frankfurt şəhərində 61-ci WKF Avropa çempionatında uğurla çıxış ediblər.
Azərbaycan Karate Federasiyasından "Mediasport"a verilən məlumata görə, komandamız qitə birinciliyində 6 medal qazanıb.
55 kq çəki dərəcəsində qızıl mükafata sahib çıxan Mədinə Sadıqova WKF-də böyüklər arasında Azərbaycanın ilk qadın Avropa çempionu kimi tarixə düşüb.
Böyüklərdən İrina Zaretska (68 kq) bürünc medalçı olub.
Parakarateçilərimizdən isə Vidadi Xalıqov, Fərrux Qaybaliyev və Aysel Əhmədli bürünc medal əldə ediblər.
Qızlardan ibarət kumite üzrə yığma komandamız da komanda bürünc medala yiyələnib: Heyətdə Mədinə Sadıqova, İrina Zaretska, Gülay Orucova və Aysu Əliyeva yer alıblar.
Azərbaycan karateçiləri ümumi komanda hesabında Avropada 6-cı pillədə qərarlaşıb.
Xatırladaq ki, yarışda 50 ölkədən 586 karateçi mübarizə aparıb.


