Azərbaycanlı karateçi Avstriyadakı turnirdə gümüş medal qazandı

İdman karatesi (WKF) üzrə Azərbaycan millisinin üzvü Hüseyn Məmmədli Avstriyada keçirilən "Karate-1 A Seriya" beynəlxalq turnirində iştirak edib.
"Mediasport" xəbər verir ki, o, yarışı gümüş medalla başa vurub.
Xatırladaq ki, "Karate-1 A Seriya" turnirləri idmançıların dünya reytinqində xal toplaması baxımından böyük əhəmiyyət kəsb edir.