DÇ-2028-in Azərbaycan - Latviya oyunu xorvat hakimlərə tapşırıldı

 DÇ-2028-in Azərbaycan - Latviya oyunu xorvat hakimlərə tapşırıldı

Noyabrın 8-də futzal üzrə DÇ-2028-in əsas mərhələsində keçiriləcək Azərbaycan – Latviya oyununun hakimləri açıqlanıb.

"Mediasport" xəbər verir ki, Bakı İdman Sarayında baş tutacaq qarşılaşmanı Xorvatiyadan olan ədalət təmsilçiləri idarə edəcək.

12-ci qrupun görüşü saat 20:00-da start götürəcək.

Xatırladaq ki, yığmamız daha əvvəl qrupda Çexiyaya səfərdə uduzub (1:2), Lənkəranda heç-heçə (2:2) edib.


DÇ-2028. Əsas mərhələ. 12-ci qrup, 3-cü tur


20:00 Azərbaycan – Latviya

Hakimlər: Dino Kramar, Nikola Jeliç, Nina Nakiç

Taymkiper: Hidayət Feyzullayev (Azərbaycan)

Hakim-inspektor: Ancelo Qalante (İtaliya)

UEFA nümayəndəsi: Stefan Kammerer (Almaniya)