Azərbaycanın bölgə klubu anqolalı yarımmüdafəçi transfer etdi
"İmişli" daha bir legioner futbolçu transfer edib.
"Mediasport" xəbər verir ki, aranlılar Fransişku Moraiş ilə anlaşıblar.
"Deku" ləqəbli yarımmüdafiəçi ilə 2+1 illik müqavilə imzalanıb.
Anqolalı son olaraq Portuqaliyada "Alverka"nın formasını geyinib.


