Azərbaycan klubları 167 transfer üçün 11,760 milyon avro xərcləyib
Azərbaycan futbolunda 2026/2027-ci illər mövsümü üçün yay transfer pəncərəsi sentyabrın 10-u saat 23:59-da bağlanıb.
"Mediasport" “Transfermarkt” portalına istinadən təmsilçilərimizin ən bahalı satışlarını və transferlərini təqdim edir.
Xatırladaq ki, yay transfer pəncərəsində Azərbaycan Premyer Liqası klubları ümumilikdə 160 futbolçu ilə vidalaşıb ki, bu keçidlərdən ümumi gəlir 13,640 milyon avro olub.
Həmçinin, komandalarımız eyni dövrdə 167 futbolçunun transfer üçün 11,760 milyon avro xərcləyiblər.
Ən bahalı satışlar
1. Kamilo Duran – “Qarabağ”dan “Seltik”ə – 5,5 milyon avro
2. Leandro Andrade – “Qarabağ”dan “Polessye”yə – 3 milyon avro
3. Aaron Maluda – “Sabah”dan “Bazel”ə – 2,7 milyon avro
Ən bahalı transferlər
1. Taofik İsmail – “Qurnik”dən “Qarabağ”a – 1 milyon avro
Reda Xadra – “Reyms”dən “Qarabağ”a – 1 milyon avro
BensçeVarkonyi – “Zalaeqerseq”dən “Qarabağ”a – 1 milyon avro
Cebrail Makreçkis – “Ferensvaroş”dan “Qarabağ”a – 1 milyon avro
2. Freddi Varqas – “Makkabi" Netanyadan “Neftçi”yə – 900 min avro
Alen Şkribek – “Zalaeqerseq”dən “Neftçi”yə – 900 min avro
3. Renaldo Sefas – “Pari NN”dən “Qarabağ”a – 880 min avro

