"Neftçi" Azərbaycan klubuna 700 min manat təzminat ödədi - FOTO

"Neftçi" Azərbaycan klubuna 700 min manat təzminat ödədi - FOTO

“Neftçi”nin İqor Ribeyronun transferi üçün ödədiyi kompensasiya məbləği məlum olub.

"Mediasport" xəbər verir ki, bu barədə nüfuzlu “Transfermarkt” portalında məlumat yer alıb.

Qeyd edilib ki, paytaxt təmsilçisi "sambaçı"nın keçidi üçün “Araz-Naxçıvan”a 350 min avro (təxminən 695 min manat) təzminat ödəyib. 

28 yaşlı mərkəz müdafiəçisinin Muxtar Respublika təmsilçisi ilə müqaviləsi 2026-ci il iyunun 30-na qədər idi.

"Ağ-qaralar" cənubi amerikalı ilə 2 illik sözləşmə imzalayıblar.