"Bavariya" 6-cı, "Liverpul" 7-ci, PSJ 8-ci, "Qarabağ" 10-cudur - SİYAHI

Avropanın milli çempionatlarında ən çox qol vuran klubların siyahısı açıqlanıb.
"Mediasport" xəbər verir ki, sıralamada Azərbaycan Premyer Liqasının lideri “Qarabağ” da yer alır.
Qurban Qurbanovun başçılıq etdiyi Ağdam təmsilçisi yuxarı pillələrdə qərarlaşıb.
"Köhlən atlar" Türkiyənin "Fənərbağça" klubu ilə 10-11-ci yerləri bölüşürlər.
Reytinqə Serbiyanın "Srvena Zvezda" klubu başçılıq edir.
1. “Srvena Zvezda” (Serbiya) - 24 oyun / 86 qol
2. “Seltik” (Şotlandiya) – 27 / 77
3-4. PSV (Niderland) – 23 / 71
3-4. TNS (Uels) – 26 / 71
5. “Bavariya” (Almaniya) – 23 / 69
6. “Barselona” (İspaniya) – 25 / 67
7. “Liverpul” (İngiltərə) – 27 / 64
8. PSJ (Fransa) – 23 / 62
9. “Sportinq” (Portuqaliya) – 23 / 61
10-11. “Qarabağ” (Azərbaycan) – 24 / 60
10-11. “Fənərbağça” (Türkiyə) – 24 / 60