"Qarabağ" "Sumqayıt"ı məğlub etdi, "Şamaxı"dan vacib qələbə

Futbol üzrə Azərbaycan Premyer Liqasında 25-ci tur start götürüb.
"Mediasport" xəbər verir ki, ilk oyun günündə iki matç keçirilib.
Bayılda çempionatda qalmaq mübarizəsində - 6 xala bərabər qarşılaşmada sevinən tərəf qonaq "Şamaxı" olub.
Sumqayıtda isə 10 oyundur qol vura bilməyən şəhərin eyniadlı komandasının lider "Qarabağ"la duelini, gözlənildiyi kimi, Ağdam klubu qazanıb.
Tura martın 5-də yekun vurulacaq.
Azərbaycan Premyer Liqası. 25-ci tur
“Səbail” - “Şamaxı” 0:2
Qollar: Vasiliye Bakiç, 41, Andrei Tirkoveanu, 63
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, İnqilab Məmmədov
VAR: Rəşad Əhmədov
AVAR: Namik Hüseynov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Bəhram Qurbanov
“ASCO Arena”.
“Sumqayıt” - “Qarabağ” 0:2
Qollar: Kadi Borges, 31, Leandro Andrade, 38.
Hakimlər: Rauf Cabarov, Rəhman İmami, Şirmamed Mamedov, Kamran Əliyev
VAR: Kamal Umudlu
AVAR: Rahil Ramazanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Eldəniz Musayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu.
“Sumqayıt”: 36. Xəyal Fərzullayev 6. Vüqar Mustafayev (k) 14. Elvin Bədəlov 2. Sertan Taşkın 17. Murad Xaçayev 20. Ayxan Süleymanlı 19. Roi Kehat 95. Miloş Miloviç 23. Ronaldo Vaskez 60. Tresor Mossi 9. Bobir Abdixolikov.
Ehtiyat oyunçular: 1. Mehdi Cənnətov 94. Rəşad Əzizli 7. Rövlan Muradov 30. Kamran Quliyev 41. Uğur Cahangirov 21. Nihad Əhmədzadə 29. Qabil Əlizadə 24. Sənan Muradlı 75. Nadir Orucov 11. Momo Yansane 77. Casurbek Caloliddinov.
Baş məşqçi: Vaqif Cavadov.
“Qarabağ”: 1. Şahrudin Məhəmmədəliyev 55. Bədavi Hüseynov (k) 13. Bəhlul Mustafazadə 44. Elvin Cəfərquliyev 22. Musa Qurbanlı 29. Marko Veşoviç 10. Abdullah Zubir 7. Yassin Benzia 8. Marko Yankoviç 9. Kadi Borqes 15. Leandro Andrade.
Ehtiyat oyunçular: 99. Mateus Koxalski 97. Fabian Buntiç 24. Aleksey İsayev 27. Toral Bayramov 90. Nəriman Axundzadə 66. Patrik Andrade 2. Mateus Silva 19. Redon Cica 21. Aleksey Kaşuk 11. Emmanuel Addai.
Baş məşqçi: Qurban Qurbanov.