Ramil Şeydayev komandasının qələbəsində pay sahibi oldu

Ramil Şeydayev komandasının qələbəsində pay sahibi oldu

Futbol üzrə Rusiya 1-ci Liqasında 9-cu tura yekun vurulub.

"Mediasport" xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi “Soçi” doğma meydanda “Çelyabinsk”i qəbul edib.

Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Şeydayev start heyətində meydana çıxıb və 67-ci dəqiqədə əvəzlənib.

“Soçi” hazırda 19 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.