Əliyev Rusiya çempionatında komandasılna xal qazandırdı

Əliyev Rusiya çempionatında komandasılna xal qazandırdı

Azərbaycanlı futbolçu Kamran Əliyev Rusiyanın 1-ci Liqasında növbəti məhsuldar oyununu keçirib.

"Mediasport" xəbər verir ki, 26 yaşlı vingerin formasını geyindiyi "SKA-Xabarovsk" 4-cü tur çərçivəsində “Çayka” ilə qarşılaşıb.

90 dəqiqə meydanda olan Kamranın komandasına xal qazandırdığı matç bərabərliklə başa çatıb - 1:1.

Xallarının sayını 8-ə çatdıran Xabarovsk təmsilçisi 4-cü pillədə qərarlaşıb.