Qaşim Maqomedov olimpiadaya reytinq xalı verən turnirə qatılacaq

 Qaşim Maqomedov olimpiadaya reytinq xalı verən turnirə qatılacaq

Azərbaycanın taekvondoçusu Qaşim Maqomedov Fransanın paytaxtı Parisdə keçiriləcək Dünya Taekvondo Qran-prisində iştirak edəcək.

Taekvondo Federasiyasından "Mediasport"a verilən məlumata görə, baş məşqçi Məmməd Abdullayevin rəhbərliyi ilə yarışa yollanan idmançı 58 kiloqram çəki dərəcəsində mübarizə aparacaq.

O, oktyabrın 9-da tatamiyə çıxacaq.

Bu gün start götürəcək və oktyabrın 11-dək davam edəcək Qran-pri turniri olimpiadaya reytinq xalları qazandırır.

Beynəlxalq dərəcəli hakim Aygül Abdullayeva da yarışda Azərbaycanı təmsil edir.