Bölgə klubu yeni sponsor tapdı

 Bölgə klubu yeni sponsor tapdı

"Kəpəz" Futbol Klubu və "DNK İstanbul Hospital" arasında tərəfdaşlıq müqaviləsi bağlanılıb.

"Mediasport" xəbər verir ki, "DNK İstanbul Hospital"da "sarı-göylər"in əsas və əvəzedicilərdən ibarət komandalarının futbolçularına müayinə, müalicə, tibbi baxış və digər xidmətlər göstəriləcək.

"Kəpəz"in oyun formasının sol qolunda isə "DNK İstanbul Hospital" brendinin loqosu əks olunacaq.

Eyni zamanda, Gəncə şəhər stadionunda keçiriləcək ev oyunlarında meydançanın perimetri boyu LED monitorlarda yeni tərəfdaşa aid videoçarx nümayiş etdiriləcək.

Müqavilənin müddəti 31 may 2027-ci ilədək nəzərdə tutulub.